AZ

Azərbaycanda il ərzində ən çox meydanda olan futbolçular bilindilər

2024-cü ildə Azərbaycanda çıxış edən futbolçular arasında (yalnız yüksək dəstə) ən çox meydanda olan oyunçular bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) rəsmi saytı məlumat yayıb.

İlk pillədə “Zirə”nin müdafiəçisi Ruan Renato qərarlaşıb. Braziliyalı legioner 4222 dəqiqə meydanda olub. O, bu həddə 47 oyunda çatıb. Renato 81,5 faiz çempionat, 18,5 faiz avrokubok görüşlərində iştirak edib.

İkinci sırada “Sabah”ın formasını geyinən Azərbaycan yığmasının üzvü Amin Seydiyev yer alıb. Cinah müdafiəçisi 45 qarşılaşmada 3799 dəqiqə keçirib. Bunların 83,5 faizi Premyer Liqa, 10,3 faizi avrokubok, 6,2 faizi milli komandaya təsadüf edib.

İlk “3-lüy”ü Azərbaycan millisinin digər üzvü Toral Bayramov qapayır. “Qarabağ”ın futbolçusu 60 oyunda 3728 dəqiqə meydanda olub. O, 58,2 faiz çempionat, 20,9 faiz avrokubok, 20,9 faiz yığma matçlarının iştirakçısıdır.

Xatırladaq ki, siyahı tərtib olunarkən dekabrın 15-nə qədər olan qarşılaşmalar nəzərə alınıb. Klublardakı görüşlərlə yanaşı, millilərdəki (əsas, U-23 və U-21) matçlara da diqqət yetirilib.

Seçilən
11
7
arena.az

8Mənbələr