AZ

AMB 2025-ci ildə valyuta bazarında sabitlik gözləyir

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə valyuta bazarındasabitlik gözləyir

Bu barədə Trend-ə MərkəziBankdan məlumat verilib.

"Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 9 ayda4 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun 7.2%-i səviyyəsindəolub. Cari əməliyyatlar hesabının başlıca komponenti olan xariciticarət balansında Dövlət Gömrük Komitəsinin məlumatına görə2024-cü ilin 11 ayında 5.6 mlrd. ABŞ dolları məbləğində müsbətsaldo qeydə alınıb", - məlumatda deyilir.

Qeyd edilib ki, əlverişli xarici sektor göstəriciləri şəraitindəvalyuta bazarında sabitlik qorunur, Mərkəzi Bankın təşkil etdiyivalyuta hərraclarında tələb tam təmin edilir.

"Mərkəzi Bank öncədən açıqlandığı kimi birdəfəlik dövlətxərclərini qarşılamaq üçün 2023-cü ildə daxili bazardan aldığıxarici valyuta hesabına 2024-cü ilin noyabr ayında da planlışəkildə valyuta satışı həyata keçirib. Buna baxmayaraq, 2024-cüilin noyabr ayının sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 10.9mlrd. ABŞ dolları təşkil edib. Bu da beynəlxalq səviyyədə qəbulolunmuş müvafiq kifayətlilik normalarını əhəmiyyətli dərəcədəüstələyir. Məsələn, Mərkəzi Bankın valyuta ehtiyatlarının carisəviyyəsi 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur. Cariəməliyyatlar hesabında proqnozlaşdırılan profisit 2025-ci ildə dəvalyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsasverir. Oktyabr proqnozuna görə 2025-ci ildə cari əməliyyatlarhesabının profisitinin 5.5 mlrd. ABŞ dolları səviyyəsində olacağıgözlənilir", - məlumatda bildirilir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 18 dekabrtarixində uçot dərəcəsini dəyişməz olaraq 7,25 faiz səviyyəsindəsaxlamaq qərarını qəbul edib. Həmçinin faiz dəhlizinin yuxarı vəaşağı hədləri də müvafiq olaraq 8,25 faiz və 6,25 faiz səviyyəsindədəyişməz qalıb.

Uçot dərəcəsinin dəyişməz saxlanması ilə bağlı qərar faktiki vəproqnozlaşdırılan inflyasiyanın hədəf diapazonu (4±2%) daxilindəolması və makroiqtisadi meyillərin təhlili nəzərə alınaraq qəbuledilib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktikivə gözlənilən inflyasiya göstəriciləri, həmçinin daxili və xaricirisk amillərinin dinamikası nəzərə alınaraq qəbul ediləcək.

Mərkəzi Bank iqtisadi prosesləri təhlil etməyə və maliyyəbazarlarını monitorinq etməyə davam edir.

Seçilən
15
az.trend.az

1Mənbələr