AZ

TƏBİB-in direktoru: "Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində işlər aparılır"

Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində işlər aparılır.

Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Səhiyyə İdarəçiləri Zirvəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sistemin təkmilləşdirilməsi və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində önəmli addımlar atılır və bu proses gələcəkdə də davam etdiriləcək.

V.Qurbanov bildirib ki, TƏBİB tabeli tibb müəssisələrində səhiyyənin rəqəmsallaşdırılması ilə pasiyentlər arasında sıxlığı minimuma endirmək üçün canlı və onlayn növbə sistemləri təşkil olunub:

"Onlayn növbə sistemi pilot olaraq Yeni Klinikada tətbiq olunur və daha 5 tibb müəssisəsində isə hazırlıq prosesi davam edir. Bu il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə edib".

O vurğulayıb ki, günün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində işlər aparılır.

"Cebheinfo.az"

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr