Vanuatuda baş verən güclü zəlzələdə ölənlərin sayı 14-ə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki,bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) rəsmisi Katie Greenwood məlumat verib.
O, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
İlk yardım, sığınacaq, su kimi ehtiyacların olduğunu vurğulayan Greenwood zəlzələdə 200 nəfərin müalicə olunduğunu bildirib.
IFRC-nin baş katibi Caqan Çapaqain zəlzələ nəticəsində Qırmızı Xaç ofisi və uçuş zolaqları kimi bəzi mühüm infrastrukturların zədələndiyini bildirib.
Qeyd edək ki, Vanuatunun paytaxtı Port Vila sahillərindən 30 kilometr aralıda, yerin təxminən 57 kilometr dərinliyində 7,3 bal gücündə zəlzələ baş verib.