AZ

Zaxarova: Norveç Şpitsbergeni Ukrayna münaqişəsinə cəlb edə bilər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Norveç öz hərəkətləri ilə Şpitsbergen arxipelaqını Ukrayna münaqişəsinə cəlb edə bilər.

Medianews.az “RT”yə istinadən xəbər verir ki, onun sözlərinə görə, Norveçdə Şpitsbergenin hərbiləşdirilməsi lehinə kampaniya geniş vüsət alır.

Zaxarova deyib ki, Norveç siyasətçiləri iddia edilən Rusiyadan qaynaqlanan hibrid təhlükə bəhanəsi ilə arxipelaqda hərbi mövcudluğu artırmağa çağırırlar.

“Beynəlxalq hüquqa məsuliyyətsizcəsinə məhəl qoymayaraq, Oslo və onun müttəfiqləri əslində arxipelaqı Ukrayna münaqişəsinə sürükləyirlər”, – Zaxarova deyib.

Seçilən
2
medianews.az

1Mənbələr