“Neftçi” İdman Klubunun güləş zalı yenidən istifadəyə verilib.
Football-plus.az" xəbər verir ki, klubun Lökbatan qəsəbəsində yerləşən yunan-Roma güləşi zalı əsaslı təmir olunub və fəaliyyətini bərpa edib.
AGF tərəfindən inventarla təmin edilmiş zalla tanışlıq olub. AGF-nin İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Namiq Abdullayev, sərbəst güləş üzrə U-20 millinin böyük məşqçisi Arif Abdullayev, yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov və sərbəst güləş üzrə U-17 millinin böyük məşqçisi Əsgərxan Novruzov çıxış edərək burada yaradılmış şəraiti yüksək qiymətləndiriblər və gələcəkdə bu zalda çempionların yetişməsini arzulayıblar.
Qeyd edək ki, bu bölmədə məşqçi Xəyyam Abdullayevin rəhbərliyi altında 25-ə yaxın idmançı yunan-Roma güləşi ilə məşğuldur. Gələcəkdə “Neftçi” İdman Klubunun eyni məkanda yerləşən sərbəst güləş zalının da əsaslı təmiri planlaşdırılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta