AZ

Sabah ölkə ərazisində yağmurlu hava şəraiti gözlənilir

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycanda dekabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

 

phrase_var_article.chosen
39
41
azertag.az

10phrase_var_article.sources