AZ

Avropa Parlamentinin deputatları dekabrın 17-də Azərbaycanda həbsdə olan jurnalistlərə və fəallara dəstəklərini ifadə edib. Müxtəlif siyasi qruplardan olan parlament üzvləri Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiyalara son verilməsinə çağırıblar.

Avropa Parlamentinin plenar iclası çərçivəsində dekabrın 18-də “Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı davam edən repressiyalar, Qubad İbadoğlu, Anar Məmmədli, Kamran Məmmədli, Rüfət Səfərov və Meydan TV işləri” mövzusu üzrə müzakirələr keçiriləcək. Müzakirələrin yekunu olaraq dekabrın 19-da qeyri-icbari qətnamə layihəsi səsverməyə çıxarılacaq.

Avropa Parlamenti bu ilin aprelin 25-də və oktyabrın 24-də Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, Avropa İttifaqını insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanskiyalar tətbiq etməyə çağıran qətnamələr qəbul edib.

Seçilən
8
turan.az

1Mənbələr