“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 7-ci turunda qarşılaşdıqları “Neftçi” İK ilə oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, son çempion cari mövsümdə qələbəyə həsrət olan “Neftçi”yə 66:71 hesabıyla məğlub olub.


“Artıq 3 oyundur ki, 7 basketbolçu ilə mübarizə aparırıq. Zədəli oyunçularımız var. Oyunun sonlarında adi epizodlarda səhvlərə yol verdik. Bəzi epizodlarda daha ağıllı oynayıb sürətli düşünməli idik. Oyunun sonlarında yorğunluq hiss olunurdu. “Neftçi”ni təbrik edirəm. Layiqli mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşacağıq”.