AZ

Əsəd İrana 30 milyard borclu imiş – “Bu məsələ İslam Respublikasının gündəmindədir”

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada ağır zərbə alan İran, 30 milyard dollar olduğu iddia edilən rejimdən qalan borcunu yeni rəhbərlikdən tələb edəcəklərini açıqlayıb.

7Times.az  xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.

O, İranın Suriyadakı mövcudluğunun terrorla mübarizə üçün olduğunu müdafiə edib.

Baqei Suriyanın İrana olan borcu və bu kontekstdəki rəqəmlərlə bağlı suala belə cavab verib: “Biz Suriyadakı keçid mərhələsinin keçəcəyini gözləyirik. Ümumiyyətlə, iki ölkə arasında bağlanan razılaşmalar və anlaşma memorandumları ləğv edilməyəcək. Bu məsələ İslam Respublikasının gündəmindədir”.

“AzPolitika.info”

Seçilən
0
1
7times.az

2Mənbələr