Avropa Şurasının baş katibi Alen Berset Tbilisiyə rəsmi səfərə gəlib.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, baş katibin səfəri dekabrın 21-dək davam edəcək.
Berse Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvili, baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və xarici işlər naziri Maka Boçorişvili ilə görüşəcək.
Bundan əvvəl Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra mandatını verməkdən imtina etdiyini təsdiqləyib.
DOĞRU.AZ