AZ

Özbəkistanda zooparkda qəfəsdən qaçan 3 şir kişini parçalayıb

Özbəkistanın Daşkənd vilayətində zooparkdan qaçan üç şir 44 yaşlı gözətçini parçalayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hadisə Parkent rayonunun Krasnoqorsk kəndində yerləşən Aslan parkında baş verib. Təxminən səhər saat beşdə vəhşi heyvanlar qəfəsdən açılmış qapıdan çıxdılar. Şirlər onları geri qaytarmaq istəyən gözətçiyə hücum edərək, onu parçalayıb, bədəninin hissələrini yeyiblər.

Zooparkın əməkdaşları onu saat 09:00-da aşkar ediblər. İki şir trankvilizatorlardan istifadə edərək qəfəsə qaytarılıb, digəri isə ovçu tərəfindən vurularaq öldürülüb.

Qurumun rəhbərliyi bu barədə səlahiyyətli orqanlara məlumat verib. Dərhal polis idarəsinin, prokurorluğun və ekologiya idarəsinin bir qrup əməkdaşı hadisə yerinə gəlib. Mərhumun qalıqları ekspertizaya aparılıb.

Hadisə ilə bağlı zooparkda Cinayət Məcəlləsinin 257-ci – əməyin mühafizəsi qaydalarını pozma maddəsi ilə cinayət işi açılıb.

Oxuməni.az

Seçilən
5
oxumeni.az

1Mənbələr