“Qarşıda duran əsas məsələlərdən biri vəkilliyin maddi-texniki bazasının gücləndirilməsidir”.
E-huquq.az-xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
“Bu məqsədlə son illər ərzində regional məhkəmələrin fəaliyyət göstərdiyi şəhərlərdə - Sumqayıtda, Şəkidə, Şirvanda müasir regional vəkillik kompleksləri istifadəyə verilib. Lakin ölkəmizin qərb bölgəsində çox az sayda vəkil büroları var. Biz istərdik ki, orada da dönüş olsun, insanlar keyfiyyətli hüquqi yardımla təmin olunsun. Məlum olduğu kimi, Gəncə şəhərində keçmiş Gəncə Şəhər Prokurorluğunun binası Vəkillər Kollegiyasının balansına verilib. Hazırda orada əsaslı təmir işləri gedir. Təmir işləri yekunlaşdıqdan sonra Qərb bölgəsində də bütün tələblərə cavab verən regional mərkəzimiz fəaliyyət göstərəcək”, - deyə Anar Bağırov bildirib.
Şəbnəm Mehdizadə