AZ

Ersin Tatar BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsini qəbul edib



Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi və BMT Sülhməramlı Qüvvələrinin Kiprdəki missiyasının rəhbəri Kolin Stüartı qəbul edib.

Newscenter.az xəbər verir ki, görüşdə Kipr məsələsi ilə bağlı son durum müzakirə edilib.

Qeyd edək ki, Ersin Tatardan əvvəl Stüart Kipr Rum Administrasiyasının prezidenti Nikos Hristodulidis ilə görüşüb. Görüşdən sonra Yunanıstan hökumətinin sözçüsü Konstantinos Letimbiotis Kipr problemi ilə bağlı danışıqların başlanmasının müzakirə edildiyini açıqlayıb.

Süleyman
Seçilən
24
newscenter.az

1Mənbələr