AZ

Dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-noyabr aylarında 16,9 milyon ton yük, 7672,6 min sərnişin daşınıb.

Bu barədə "İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,1 faiz, sərnişin daşınmasında isə 21,0 faiz artım müşahidə olunub.

Qeyd olunub ki, orta hesabla sutkada 375 vaqon yüklənmiş, 437 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,4 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Seçilən
10
4
ikisahil.az

5Mənbələr