AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller koalisiya qüvvələri istisna edilməklə, hazırda Suriyada Amerika hərbçilərininolmadığını bildirib.
“Hazırda biz vəziyyəti qiymətləndirməyə davam edirik. Dövlət katibinin və digər ölkələrin şənbə günü açıqladıqları prinsiplərin həyata keçirilməsi də daxil olmaqla müxtəlif vəzifələrin yerinə yetirilməsində iştirak etmək naminə Suriyaya hərbi personal göndərmək üçün doğru məqamın nə vaxt ola biləcəyini araşdırırıq”,- Mettyu Millerbildirib.
Qeyd edək ki, Bəhreyn, Böyük Britaniya, Almaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, ABŞ, Fransa, eləcə də Suriya üzrə Ərəb Əlaqə Qrupu, Avropa İttifaqı və BMT baş katibinin Suriya üzrəxüsusi nümayəndəsi Qeyr Pederseninbirgə bəyanatına əsasən, ABŞ Dövlət departamentinin dekabrın 14-də verdiyi açıqlamada Suriyadakı “keçid siyasi prosesinin Suriyanın rəhbərliyi və onun iştirakı ilə olması” zərurəti vurğulanıb.
Bəyanat müəlliflərinin fikrincə, bu proses BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin prinsipləri əsasında şəffaf proses vasitəsilə formalaşan inklüziv, dünyəvi və nümayəndəli hökumətin yaradılmasına gətirib çıxarmalıdır. Onlar BMT-nin xüsusi nümayəndəsinin mandatını dəstəkləyərək, BMT baş katibindən qurumun yerlərdə mövcudluğunu genişləndirməyi xahiş ediblər.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta