AZ

Ukraynanın mümkün danışıqlara qoşulması və danışıqların vaxtı Kiyevdən asılıdır – ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Ukraynanın mümkün danışıqlara qoşulması məsələsi, eləcə də onun vaxtı xarici təzyiq olmadan Kiyevdə həll edilməlidir.

Nizamlanmanın şərtləri kimi Rusiya, Ukrayna qoşunlarının qondarma “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərindən çıxarılmasını, bu bölgələrin və Krımın Rusiya ərazisi kimi tanınmasını və Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsini göstərib. “Mən deyərdim ki, Ukraynadan kənarda heç kimin Ukraynaya danışıqlara girib-girməmək və nə vaxt başlamaq barədə diktə etmək hüququ yoxdur”, – deyə o, dünənki brifinqdə deyib.

Millerin bəyanatı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin münaqişənin sona çatması ilə bağlı saziş bağlamağa hazırlaşmalı olduğunu deməsindən sonra gəlib. Tramp 2025-ci il yanvarın 20-nə planlaşdırılan andiçmə mərasimindən əvvəl də Ukraynadakı münaqişənin nizamlanmasına nail olmaq üçün səy göstərmək niyyətindən danışıb.

Dekabrın 15-də ABŞ prezidentinin gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolz bildirib ki, siyasətçinin komandası münaqişənin həlli istiqamətində ilk addım kimi Ukraynada atəşkəs ideyasını nəzərdən keçirir. “Reuters” xəbər verir ki, Trampın Ukrayna üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloq gələn ilin əvvəlində Kiyevə səfər etməyi planlaşdırır.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr