AZ

Çin Ukraynadakı münaqişənin həllinə qoşula bilər

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan seçilmiş dövlət başçısı Donald Trampın Ukraynadakı münaqişənin həllinə Çini cəlb etmək təşəbbüsünü dəstəkləyib.

Sallivan qeyd edib ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi bu prosesdə mühüm rol oynaya bilər. “Çinin Ukraynada ədalətli sülhün bərqərar olunması üçün hansısa yolla danışıqların iştirakçısı ola biləcəyi fikri dəlilik deyil… Məncə, Trampın səsləndirdiyi fikir məntiqlidir, mən özüm də bu barədə düşünmüşəm”, – deyə Sallivan çıxışı zamanı etiraf edib. Nyu Yorkdakı 92NY mədəniyyət mərkəzində çıxış zamanı deyib. O əlavə edib ki, Ukrayna və digər Avropa ölkələrinin nümayəndələri ilə Pekinin nizamlanmada mümkün rolunu müzakirə edib. Eyni zamanda, Ceyk Sallivan vurğulayıb ki, Vaşinqton Pekini Avropa işlərində əsas vasitəçi etmək niyyətində deyil.

Xatırladaq ki, dekabrın əvvəlində Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün “təcili olaraq atəşi dayandırmaq və danışıqlara başlamaq” zərurətini elan edərək, “Çinin bu işdə kömək edə biləcəyini” qeyd etmişdi. Ağ Evin seçilmiş rəhbərinin fikrincə, əks halda Ukrayna böhranı “daha böyük və daha pis bir şeyə çevrilə bilər”.

//Samir Qurbanov, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr