13:15 18.12.2024
13:15 18.12.2024
İsveçrə parlamentinin aşağı palatası olan Milli Şura “Dağlıq Qarabağ: sülh konfransı” adlı qətnamə qəbul edib. Qətnamənin müəllifi ermənipərəst deputat Erix Fontobeldir. Müzakirələrdə ölkənin Xarici İşlər naziri İqnasio Kassis də iştirak edib. Hələlik, tam mənada demək olmaz ki, sənədin qəbulunda ölkə rəhbərliyinin rolu var. Çünki nazir İ.Kassis 96 nəfərin “lehinə”, 80 nəfərin “əleyhinə” səs verdiyi, 16 nəfərin isə bitərəf qaldığı sənədə qarşı çıxıb.