AZ

Nazir müavini: 22 ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin həcmi 13,2 dəfə artıb

Naxçıvan, 18 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin ötən 21 il ərzində muxtar respublikaya çoxsaylı səfərləri və yüzlərlə müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektlərin açılışında iştirak etməsi Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsidir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, sürətli inkişaf muxtar respublikanın büdcəsinin gəlir və xərclərinin dinamikasında da özünü aydın şəkildə göstərməkdədir. Belə ki, 22 ildə (2003-2024-cü illər) Naxçıvan Muxtar Respublikasının büdcəsinin həcmi 13,2 dəfə artaraq (498,3 milyon manat) 539,3 milyon manata çatıb. Bununla yanaşı, muxtar respublikanın büdcəsinin öz gəlirləri 16,5 dəfə artaraq (190,5 milyon manat) 202,8 milyon manata yüksəlib.

 

 

phrase_var_article.chosen
14
5
azertag.az

6phrase_var_article.sources