AZ

Ermənistandan cavab almamışıq - Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə Ermənistandan qovulan azərbaycanlılar barədə danışıb.

Dövlət başçısı bildirib ki, 1980-ci illərin sonu - 1990-cı illərin əvvəlində Ermənistandan deportasiya edilmiş, təxminən 300 min azərbaycanlıdan ibarət olan icma rəsmi olaraq Ermənistan rəhbərliyinə müraciət edib. Müraciətdə həmin insanların geri qayıtması və reinteqrasiyası üçün şəraitin yaradılması tələb olunub.

"Onların 1990-cı illərin əvvəllərində oradan deportasiya olunması, onların öz tarixi torpaqlarına qayıtmaq hüququnun olmadığı anlamına gəlmir. Biz hələ də Ermənistan rəhbərliyindən onların azərbaycanlıların tarixi torpaqlarına reinteqrasiyası prosesini necə gördüklərinə dair cavab almamışıq," – Azərbaycan Prezidenti vurğulayıb.
 
N.Təbrizli

www.anews.az
Seçilən
14
anews.az

1Mənbələr