AZ

Dəməşq Beynəlxalq Hava Limanı açıldı

Suriyada müxalifət 27 noyabrda başlatdıqları əməliyyatla 61 illik Baas rejimini devirərkən, bölgədə tarixi proseslər davam edir.

“Cebheinfo.az” xəbər verir ki, Suriyada uzun müddət davam edən qarşıdurma səbəbindən bağlanan Dəməşq Beynəlxalq Hava Limanı uzun illərdən sonra  qapılarını yenidən açıb.

Verilən açıqlamalara görə, müxalifətin paytaxt Dəməşqə doğru irəliləməsi zamanı təhlükəsizlik səbəbilə bağlanan hava limanı mərhələli şəkildə fəaliyyətə başlayacaq.

Paytaxt Dəməşqdən Hələbə ilk uçuş təşkil edilərkən, daxili reyslərlə başlayacaq əməliyyatlar gələcəkdə beynəlxalq uçuşları da əhatə edəcək şəkildə genişləndiriləcək.

Təyyarə Hələbə endikdən sonra pilot Suriyanın yeni bayrağını çıxararaq kameralara göstərib. Pilotun bu hərəkəti böyük təsir bağışlayıb.

Səlahiyyətlilər vurğulayırlar ki, aeroportun açılışı təkcə nəqliyyat baxımından deyil, həm də ölkənin yenidən qurulması və iqtisadiyyatının dirçəlməsi baxımından mühüm addımdır.

Bildirilib ki, sərnişinlərin rahat və təhlükəsiz səyahət etmələri üçün hava limanında zəruri təmir və təhlükəsizlik tədbirləri başa çatdırılıb.

Dəməşq Beynəlxalq Hava Limanının xüsusilə bölgədə diplomatik və kommersiya fəaliyyətini canlandırması gözlənilir. 

Suriya xalqı üçün hava limanının açılması illərlə davam edən qarşıdurmaların kölgəsində itirilən bir çox imkanların geri qaytarılacağına ümid şüası kimi qiymətləndirilir.

Seçilən
18
cebheinfo.az

1Mənbələr