Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları bu ilin noyabr ayında Türkiyədə 74 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə noyabr ayında xaricilərə mənzil satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,2% azalaraq 2 min 151 ədədə enib.
Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 421 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (200 mənzil), üçüncü isə Ukrayna (160 mənzil) vətəndaşları alıblar.
Qeyd edək ki, azərbaycanlılar 10 ayda Türkiyədə 756 mənzil alıblar.