Avropa İttifaqı Şurasının Baş katibi Alen Berset Gürcüstana səfərə gəlib.
Senzor.az Avropa Şurasına istinadən bildirir ki, səfərin məqsədi təşkilatın dəyər və prinsiplərinə tam uyğun olaraq Avropa Şurası ilə Gürcüstan arasında əməkdaşlığın davam etdirilməsi üçün şəraitin təmin olunmasıdır.
Səfər çərçivəsində Alen Bersetin Gürcüstanın Baş naziri İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşvili və Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri Maka Boçorişvili ilə görüşləri nəzərdə tutulub.
Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Alen Berset işğal xəttinə bitişik kəndlərə baş çəkəcək, orada mövcud vəziyyətlə yerində tanış olacaq.
Avropa Şurası Baş katibinin Gürcüstana rəsmi səfəri dekabrın 21-də başa çatacaq.