AZ

Benzia cüzi fərqlə uduzub

style='margin-bottom:10px;'>

Xəbər verdiyimiz kimi, 2024-cü il üzrə FİFA-nın "Ferens Puşkaş" mükafatının qalibi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu, qalib “Mançester Yunayted”in argentinalı hücumçusu Alehandro Qarnaço olub. O, 26 səs toplayıb.

Qarnaço İngiltərə Premyer Liqasının 2023/24 mövsümündə 13-cü turun “Everton”la matçında vurduğu qol 2024-cü ilin ən yaxşı qolu seçilib.

"Puşkaş" mükafatına "Qarabağ"ın futbolçusu Yassin Benzia da namizəd göstərilmişdi. Onun Əlcəzair millisinin heyətində bu ilin martın ayının 26-da Cənubi Afrikanın qapısına akrobatik tullanışla vurduğu gözəl qol ən yaxşılar sırasında yer almışdı.

Qeyd edək ki, Benzia siyahıda 11 futbolçu arasında ikinci yeri olub. O, 22 xal toplayıb və Qarnaçodan cəmi 4 xal geridə qalıb. Üçüncü yeri isə 16 xalla Denis Omedi tutub.

phrase_var_article.chosen
13
2
teleqraf.com

3phrase_var_article.sources