Son 22 ildə (2003-2024-cü illər) Naxçıvan Muxtar Respublikasının büdcəsinin həcmi 13,2 dəfə artaraq (498,3 milyon manat) 539,3 milyon manata çatıb.
Bu sözləri Naxçıvanda keçirilən Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, qeyd olunan sürətli və sıçrayışlı inkişaf muxtar respublikanın büdcəsinin gəlir və xərclərinin dinamikasında da özünü aydın şəkildə göstərməkdədir. Bununla yanaşı, muxtar respublikanın büdcəsinin öz gəlirləri 16,5 dəfə artaraq (190,5 milyon manat) 202,8 milyon manata yüksəlib.