AZ

PKK bitdiyini elan edəcək, amma...

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər PKK/YPG-nin Suriyada fəaliyyətinə son vermək məqsədilə ABŞ-yə açıq şəkildə mövqeyini bildirib. 

Türkiyə bu məsələdə Vaşinqtonun mövqeyinə yenidən baxacağına ümid etdiyini açıqlayıb. Bu, sadəcə siyasi- hərbi qərar deyil, həm də Türkiyənin milli təhlükəsizlik məsələsi ilə bağlı olduqca önəmli bir mövqedir.

Türkiyə nə Suriya xalqının, nə də yeni Suriya rəhbərliyinin PKK-nın Suriyada fəaliyyət göstərməsinə icazə verəcəyini açıqlayıb. Bu, həm də bir təhlükəsizlik mesajıdır - PKK yalnız Türkiyə üçün deyil, Suriyanın da sabitliyi və gələcəyi üçün ciddi bir təhdiddir. İndi isə Türkiyə bu məsələdə ABŞ-ni dəstəkləməyə və onların bu təhdidi ciddi şəkildə qiymətləndirməyə çağırır.

Suriya münaqişəsində yeni dövr başlayır. PKK/YPG Deyrizor bölgəsindəki neft sahələrindən məhrum olub. Bu, təşkilatın maliyyə vəziyyətini zəiflədir və onu məhdudlaşdırır. Hətta Suriya hökumətinin və müxalif qüvvələrin mövqeləri də birləşir: PKK/YPG-nin Suriya ərazisindəki fəaliyyəti artıq heç kim  tərəfindən qəbul edilmir. Bu vəziyyət həm Suriya xalqının, həm də rəhbərliyinin PKK/YPG-yə qarşı mübarizəyə davam edəcəyini göstərir.

PKK/YPG lideri Ferhat Abdi Şahin  Suriyanın yeni rəhbərliyi ilə razılaşma əldə etdiklərini açıqlayıb: "Biz yalnız Suriya bayrağını dalğalandıracağıq". O, bu dövrün sonu və yeni bir dönəmin başladığını bildirib. Bu, PKK/YPG-nin, təşkilatın gələcək fəaliyyəti ilə bağlı bir növ təslimiyyəti və yeni bir reallığı qəbul etməsi deməkdir.

Türkiyənin hədəfi

Bu hədəf PKK/YPG-nin Suriyada tamamilə silinməsi üçün güclü və qətiyyətli mübarizə aparmaqdır. Türkiyə həm də PKK/YPG-nin Suriyada kürd xalqına qarşı etdikləri təzyiqləri vurğulayır. Çünki bu terror təşkilatı Suriyadakı kürdləri zorla hərbi xidmətə cəlb edir və ailələrin uşaqlarını təşkilatdan xilas etməyə çalışmaq üçün başqa ölkələrə göndərməyə məcbur edir. Türkiyə üçün bu, yalnız hərbi təhlükə deyil, eyni zamanda humanitar  məsələdir.

Türkiyənin məqsədi  yalnız PKK/YPG ilə mübarizə deyil. Türkiyə İraqda və Suriyada yaşayan bütün kürd xalqları ilə heç bir probleminin olmadığını, sadəcə olaraq terrorçularla mübarizə apardığını dəfələrlə açıqlayıb. 

Türkiyə ABŞ-yə PKK/YPG ilə əməkdaşlığı dayandırmağı və İŞİD-lə mübarizə məqsədilə 3 komando briqadasını göndərməyə hazır olduğunu bildirib. Lakin ABŞ-nin PKK/YPG ilə əlaqələrini davam etdirməsi Türkiyə üçün ciddi narahatlıq doğurur. Türkiyə terrorizmlə mübarizənin təkcə terrorçularla aparılmamasının vacibliyini hər zaman qeyd edib. Lakin buna baxmayaraq, ABŞ hələ də PKK/YPG ilə əməkdaşlığa davam edir.

Son üç ildə Suriya müharibəsində İŞİD-ə qarşı ciddi bir hücum və ya təhdid müşahidə olunmur. Türkiyə, həmçinin ABŞ-nin Suriyada İŞİD terrorçularının cəmləşdiyi El-Hol düşərgəsinin nəzarətini təmin etmək təklifini irəli sürüb, lakin ABŞ bu təklifə heç bir cavab verməyib. Bu, Türkiyənin terrorizmlə mübarizə məsələsindəki ciddi yanaşmasını və ABŞ-nin bu məsələyə daha diqqətli yanaşmasının vacibliyini göstərir.

Rusiyanın Suriya siyasəti də son illər dəyişib. Rusiyanın Suriyadakı hərbi varlığı hələ də tamamilə sona çatmayıb və Rusiyanın bu bölgədəki strateji maraqları, həm Türkiyə, həm də ABŞ ilə əlaqələri daha da mürəkkəbləşdirir. Rusiyanın Suriya münaqişəsindəki rolunun davam etməsi, həmçinin Türkiyə üçün əlavə bir təhlükəsizlik məsələsidir.

Türkiyəli politoloq, Ankara-Moskva ekspert və analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Türkiyə tərəfinin Amerika Birləşmiş Ştatlarına çatdırdığı mesaj  YPG daxilində olan PKK qüvvələrinin Suriya torpaqlarını tərk etməsi ilə bağlıdır. Onun sözlərinə görə, Türkiyə faktiki olaraq Suriyada ayrılmaçı bir hərəkət olan YPG-nin suriyalı kürdlər tərəfindən idarə olunmasına və oradakı hakimiyyətinə qarşı çıxmır:

"Sadəcə YPG-nin daxilindəki PKK elementlərinin Suriyanı tərk etməsini istəyir. YPG daxilində  çox sayda PKK mənşəli, Türkiyə mənşəli terrorçular var. Türkiyənin də bununla bağlı mövqeyi var.

Bundan əlavə, ehtimal ki, YPG-nin adı da dəyişdirilə bilər. Daha çox ərəb elementlərinin daxil olduğu bir orduya çevrilə bilər. 

Türkiyə bunu demək istəyir.  Türkiyə torpaqlarında artıq PKK-nın ciddi fəaliyyəti yoxdur. PKK Türkiyə daxilində hücumlar təşkil edə bilmir. Amma bunun əsas səbəblərindən biri də hazırda Türkiyədəki PKK-nın əsas qüvvəsinin YPG-də olmasıdır."

“Amerika PKK-nı qurban edəcəkmi?” sualını cavablandıran ekspert qeyd edib ki, amerikalılar bu məsələdə  sadəcə görüntünü dəyişib:

"Yəni terror təşkilatlarının adları dəyişsə də, mahiyyəti, məqsədləri və ya fəaliyyətləri dəyişmir. Hazırda Türkiyə ilə ABŞ arasındakı danışıqlar sadəcə  əsas PKK üzvlərinin YPG rəhbərliyindən çıxarılması ilə bağlıdır. Bundan sonra qurulacaq kürd strukturu ilə Türkiyənin əlaqələr quracağı artıq aydındır. 

Dövlət rəsmilərinin son dövrlərdə verdiyi açıqlamalardan bunu anlayırıq. Yəni PKK bəlkə də özünün tamamilə ləğvini elan edə, "PKK bitmişdir" deyə bilər. Buna qarşı çıxa bilmərik, amma orada bir kürd dövləti formalaşır. Addım-addım formalaşır, bunu da gözardı edə bilmərik”.

phrase_var_article.chosen
16
1
cebheinfo.az

10phrase_var_article.sources