AZ

Sürücülərə qarlı havada nə lazımdır? - Bir-bir açıqlandı

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qış aylarında yollarda meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə xəbərdarlıq edib. 

Bildirilib ki, qış mövsümünün başlaması ilə əlaqədar sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməlidirlər: 

"Ötən gün Quba və Göygöl rayonları ərazisində təkərləri mövsümə uyğun olmayan avtomobillərlə törədilmiş 2 yol-nəqliyyat hadisəsində 2 nəfərin həyatını itirməsi, 4 nəfərin isə xəsarət alması bir daha qeyd olunan məsələnin diqqətdə saxlanılmasını tələb edir. Minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır. Bu normalar gözlənilmədikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq". 

Nəqliyyat  üzrə ekspert Eldəniz Cəfərov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, qış mövsümündə mütləq qış təkərlərindən istifadə olunmalıdır:

“Sürücülər qış mövsümündə təkər və işıq faralarını uyğun hala gətirib zəruri tədbirləri öncədən görməlidir.

Avtomobillərdə qarlı havada lazım olan avadanlıqlar zəncir, dartı kəndiri və digər avadanlıqları təmin etməlidirlər. Həmçinin soyuq havada və yolun məhdud göründüyü zaman, yəni təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməmələdirlər. 

Dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmaları tövsiyə olunur. Sürücülər xüsusilə qarlı və yağıntı düşən ərazilərdə sürət həddinə diqqət etməlidirlər”.

Seçilən
15
22
cebheinfo.az

10Mənbələr