"Turan Tovuz" 2024/25 mövsümündə avrokuboklara vəsiqə qazanmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Qərb təmsilçisi bu səbəbdən də qışda heyətini gücləndirmək istəyir.

"Boz qurd"un ilk hədəfi də bəllidir. Tovuzluların "radar"ındakı oyunçu Rəhman Daşdəmirovdur. "Sabah"da əsas heyətə düşə bilməyən 25 yaşlı futbolçu Kurban Berdiyevin komandasında oynamağa razıdır. "Turan Tovuz" mövsümün sonuna kimi Rəhmanın icarəyə götürmək istəyir. Müdafiəçi özünü yaxşı tərəfdən göstərsə, yayda onunla yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, 25 yaşlı futbolçunun "Sabah"la gəlin ilin iyununa kimi müqaviləsi var. Rəhman bu mövsüm "Bayquşlar"ın heyətində 5 matçda meydana çıxıb.