“Fararu” saytı xəbər verir ki, yenicə qəbul edilən qalmaqallı Məcburi Hicab haqqında Qanunda nəzərdə tutulan cəzaları tənqid edən İran parlamentinin keçmiş üzvü Moinuddin Səidi deyib:
“Bu qanunun yalnız 12 bəndində ölkədən çıxış qadağası məsələsinin qaldırıldığını gördüm. Bu o deməkdir ki, İranda yaşamaq bu qanunun bəzi müəllifləri tərəfindən cəza kimi qəbul edilir? Hətta belə hesab edilir ki, bu qanun büdcə kəsirini doldurmaq üçün qəbul edilib və digər tərəfdən, müəyyən edilmiş cərimə ödənilməsə, həmin şəxs müxtəlif xidmətlərdən, o cümlədən xarici pasport sənədinin verilməsi və ya dəyişdirilməsi və s. məhrum olacaq”.
Sabiq millət vəkili bildirib ki, o, ümumilikdə bu qanunu mənfi hesab edir və hökumətin heç bir şey əldə edə bilməyəcəyinə inanır.
visiontv.az