AZ

Zaxarova: "Rusiyanın Suriyadakı hərbi bazalarının taleyinin Avropa İttifaqına aidiyyəti yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiyanın Suriyadakı hərbi bazalarının aqibətinə Moskva-Dəməşq dialoqu çərçivəsində baxılacaq"
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Rusiyalı diplomat vurğulayıb ki, Rusiyanın Suriyada yerləşən bazalarına dair məsələlərin Avropa İttifaqına aidiyyəti yoxdur.
Xatırladaq ki, dekabrın 16-da Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bəyan edib ki, Aİ-nin Suriyanın yeni hakimiyyət orqanları ilə dialoqunun şərti Rusiya bazalarının çıxarılması olmalıdır.
Seçilən
21
1
oxu.az

2Mənbələr