“Türkiyə suriyalılara ən çox qucaq açan ölkədir, bunu unutmayacağıq və Ankara ilə strateji əlaqələrimiz olacaq”.
Missiya.Az xəbər verir ki, bunu Suriyada hakimiyyətə gələn müxalif “Heyət Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd Colani “Yeni Şəfəq” qəzetinə müsahibəsi zamanı deyib.
O, qeyd edib ki, Ankaranın yeni Suriyanın inşasında bir çox prioritetləri var və biz Türkiyəyə güvənirik.
"Bildiyiniz kimi suriyalılar bir çox ölkəyə sığınıblar, lakin onlara ən çox qucaq açan və hörmət edən ölkə Türkiyə olub. Ümid edirəm ki, Suriya bu xeyirxahlığı unutmayacaq. Onlar Suriya dövləti ilə də iqtisadi inkişaf təcrübələrini paylaşacaqlar. Türkiyəyə də bu zəfəri sevgi və səmimiyyətlə yaşatacağıq. Bu təkcə Suriya xalqının deyil, həm də türk xalqının qələbəsidir”, - deyə Colani vurğulayıb.
Daşqın HəsənovMissiya.Az