AZ

"Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalinin burada qalması üçün hər cür şərait yaradılmışdı" - DEPUTAT

"Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalinin burada qalması üçün hər cür şərait yaradılmışdı" - DEPUTAT"İsveçrə Parlamentinin Aşağı Palatasının (Milli Şura) Xarici Əlaqələr Komitəsi "Dağlıq Qarabağda Sülhə dair Forum" keçirərək, erməni əhalinin Qarabağa geri qayıtmasına şəraitin yaradılmasına dair təklif irəli sürmüşdür. Sənədin təşəbbüskarı qatı ermənipərəst deputat Erik Fontobel olmuşdur. Layihəyə əsasən İsveçrənin Federal Şurası ən geci bir il ərzində Dağlıq Qarabağda Sülhə dair Forum təşkil etməlidir. Forumun məqsədi kimi erməni əhalisinin təhlükəsiz və kollektiv şəkildə geri qayıtması üçün danışıqların aparılması məqsədilə beynəlxalq nəzarət altında və ya əsas beynəlxalq aktorların iştirakı ilə Azərbaycan və Dağlıq Qarabağın erməni əhalisinin nümayəndələri arasında açıq dialoqun aparılmasına şərait yaratmaq kimi ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı cəfəng fikirlər göstərilib".

Bunu Sonxeber.az-a deputat Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, onların geri qayıdışı Azərbaycanın qanunlarını rəhbər tutulmaqla bu baş tuta bilər:

"Erik Fontobel kimi erməni diasporunun muzdlu advokatlarının Avropa ölkələrinin parlamentlərində bu kimi təşəbbüsləri yenilik deyil. Avropa Parlamentlərində vaxtaşırı çıxan korrupsiya skandalları da bunu deməyə əsas verir ki, bu şəxslər pullu lobbiçiliyə həssas olan insanlardır. Layihədə qeyd olunan məsələlərə cavab olaraq tarixi faktları bir daha Parlament üzvünün və havadarlarının yadına salmağa əsas verir.

Azərbaycan BMT-in Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra edərək, beynəlxalq səviyyədə tanınan ərazilərinin 30 illik işğalına son qoyub. Bu müddət ərzində isə böyük güclərin vasitəsilə aparılan sülh danışıqları onların Ermənistana təziq etmək istəməməsi səbəbindən heç bir nəticə verməyib.

Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalinin burada qalması, yaşaması, ölkə vətəndaşlığına müraciət etməsi üçün hər cür şərait yaradılmışdı. Onların Azərbaycan Respublikası pasportları ilə təmin edilməsi üçün hətta 3 dildə onlayn portal açılmaqla yanaşı, aidiyyəti dövlət orqanlarının fəaliyyəti təmin edilib. Lakin Qarabağın erməni əhalisi Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina edərək könüllü əsaslarda buradan köç etmişdir. Əgər onlar geri qayıdış istəyirlərsə, dövlətimiz bunu istisna etmir, lakin Azərbaycanın qanunları rəhbər tutulmaqla bu baş tuta bilər.
Sülh müqaviləsinin imzalanması 2 dövlətin daxili işidir, buna 3-cü dövlətin qarışması, hər hansı "Sülh forumu" adı altında tövsiyələr verməsi prosesə yalnız maneə törədir və ziyanlıdır".

Deputat, onu da qeyd etdi ki, Azərbaycan hər hansı 3-cü tərəf və ya başqa dövlətin təşəbbüsü olmadan öz haqlı narahatçılıqlarını Ermənistanın siyasi və hərbi rəhbərliyinə çatdırır:

"Uzun müddətdir ki, şərti sərhəddə tam sakitçilikdir, de-fakto sülh təmin edilib. Ölkə rəsmilərinin məlumatına əsasən, müqavilənin 15 maddəsi artıq razılaşdırılıb və son 2 maddə üzrə danışıqlar davam etdirilir. Göründüyü kimi Azərbaycan hər hansı 3-cü tərəf və ya başqa dövlətin təşəbbüsü olmadan birbaşa Ermənistanla
müxtəlif səviyyələrdə dialoqu təmin edib və öz haqlı narahatçılıqlarını Ermənistanın siyasi və hərbi rəhbərliyinə çatdırır. 

Dekabrın 17-də Milli Şuranın iclasında E.Fontobel XƏK adından çıxış etmiş, sənədin qəbulunun lehinə və Azərbaycan əleyhinə məlum tezisləri səsləndirmişdir. İclasın sonunda səsvermədən öncə İsveçrənin Xarici İşlər üzrə Federal Departamentinin rəhbəri İqnasio Kassis irəli sürülən sənədi qəbul etməməklə yanaşı, öz arqumentləri ilə onu inkar etmişdir. O bildirmişdir ki, bu şəraitdə, tərəflərin açıq istəyi olmadığı təqdirdə sülh konfransının çağırılması nəinki aktual deyil, hətta arzuolunmaz olduğu üçün əks nəticə verə bilər".

Seçilən
11
sonxeber.az

1Mənbələr