AZ

"Ermənistan Rusiya vətəndaşının ölkəyə girişinə qoyulan qadağa ilə bağlı izahat verməlidir"

Moskva Rusiya vətəndaşı Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulmasını \"tamamilə qeyri-dost addım\" kimi qiymətləndirir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə \"NEWS.ru”nun sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, Rusiya həmçinin Ermənistan hakimiyyətindən bu məsələ ilə bağlı izahat tələb edir.

\"Bu, ikitərəfli münasibətlərin müttəfiqlik statusuna ziddir. Biz dərhal ikitərəfli diplomatik kanallar vasitəsilə İrəvana müraciət edərək izahat istədik. Biz əvvəllər də erməni tərəfdaşlarımızı hansısa səbəblərdən Ermənistan hakimiyyətini qane etməyən Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması kimi çirkin təcrübəyə son qoymağa çağırmışıq\", - deyə M.Zaxarova bildirib.

Diplomatın sözlərinə görə, ölkə hökumətinin daim demokratiya və fikir plüralizminə sadiq olduğunu bəyan etməsini nəzərə alsaq, İrəvanın bu cür münasibəti təəccüb doğurur.
 
///report
Seçilən
0
1
azxeber.com

2Mənbələr