AZ

Biznesiniz necə müflis olur? - Foto/Video

Xidmət müəssisələrini çökdürən ən böyük baş bəlasından biri də tarakanlardır. Bəli, bəlkə də çoxlarına qəribə görünə bilər ki, kiçik bir həşərat biznesi necə çökdürə bilər? Xidmət obyektlərinin çoxunun sahibi buna heç əhəmiyyət də vermir. Ancaq təsəvvür edin ki, siz müştəri kimi restorana getmisiniz, yeməyinizdə tarakan gəzir. Onu yeyərsiniz? Əlbəttə ki, yox. Hətta ödəniş etməkdən də imtina edərsiniz. Bir də o məkana addım belə atmazsınız. Ətrafınızdakı insanlara da o restorana getməməyi tövsiyə edərsiniz.

Obyektin interyeri gözoxşayan, yeməkləri ləzzətli, xidmət səviyyəsi əla ola bilər. Lakin müştərinin bir tarakan görməsi, onun gözündə bütün gözəlliklərin üzərindən xətt çəkə bilər.

Beləliklə, müəssisə müştərilərini, eləcə də gəlirlərini itirir. Digər tərəfdən də antisanitar vəziyyətdə olan müəssisə aidiyyəti qurumlar tərəfindən cərimələnə və hətta bağlana bilər.

Tarakanlar xəstəlik yayıcısıdır

Tarakanlar zibillikdə, kanalizasiya xətlərində, trapda gəzdikdən sonra qidalara ayaqlar, qarın, ağız vasitəsilə təmas etməklə bakteriya yayırlar. Onlar daşdan yumşaq hər şeyi yeyirlər. Zibil, nəcis və s. Beləcə patogen mikroorqanizmləri depolayan həşərat sonra insan qidasını yeyir. Bu qidadan istifadə zamanı insan təhlükəli xəstəliklərə yoluxa bilir. Tarakanların mikobakterioz (dəri, orqan və toxumalarda müxtəlif ölçülü vərəmlər əmələ gətirən və zəiflədən yoluxucu infeksiya), qastroenterit (mədə və bağırsaqların iltihabı, ishal, ürəkbulanma, qusma, qızdırma ilə nəticələnən bağırsaq infeksiyası), pnevmoniya (ağciyər iltihabı), meningit (baş və onurğa beyni qişalarının iltihabi xəstəliyi), dizenteriya, salmonellyoz (hərarət, mədə-bağırsaq pozuntusu ilə xarakterizə olunan infeksion xəstəlik), sidik-cinsiyyət infeksiyaları və s. xəstəliklərə səbəb olduğu elmi araşdırmalarla sübuta yetirilib.

Tarakanlar bu yerlərə toplaşırlar

Restoranların, kafelərin, hotellərin, uşaq bağçalarının, evlərin mətbəxlərində, zibillik və kanalizasiya sistemlərində, müxtəlif növ qida, çörək və qənnadı məmulatı müəssisələrində məskən salırlar.

İsti, rütubət və qaranlıq mühiti sevirlər. Əsasən su boruları, plintusların altında, yaş yerlərdə, çirkli qabların içərisində, şkaflarla divarın arasında olur. Divarda, döşəmədə, havalandırma sistemlərindəki dəliklər, açıq qapı – pəncərə, kommunal və kanalizasiya xətləri vasitəsilə, çantalarda, paltarların arasında içəri gələ bilirlər.

Tarakanlara qarşı mübarizə

Tarakanların gəlməsini istəmirsinizsə, onlar üçün əlverişli şəraiti aradan qaldırın. Təmirə ehtiyac varsa, edin. Su sızmalarını, nəmişliyi aradan qaldırın.

Tarakanlar əsasən antisanitar vəziyyətdə yayılırlar. Buna görə də müntəzəm təmizlik olmalıdır. Qida qırıntıları, maye damcıları tökülməsinin qarşısı alınmalı, dərhal təmizlənməlidir.

Zibilləri vaxtında atın. Qablarını da məkandan uzaqda qoyun. İçərisində torba, qapağı sıx bağlanan qutulardan istifadə edin.

Tarakanların məhv edilməsi

Tarakanlara qarşı mübarizə üsulları müxtəlifdir. Lakin ən effektiv üsul dezinseksiyadır (həşəratlara qarşı kimyəvi mübarizə tədbirləri). Dərmanlama tədbirləri yuvaların aşkarlanması ilə başlamalıdır. Yuvalar, su boruları, plintusların altı, künclər, traplar, hər yer dərmanlanır. Mebellər divardan aralı çəkilməli, tam dərmanlanıb təmizləndikdən sonra yerinə qaytarılmalıdır. Dərmanlama 3 dəfə aparılır. Əvvəlcə tarakanlar məhv edilir. Yumurtadan çıxan həşəratların məhvi üçün 7-10 gün sonra 2-ci dərmanlama aparılır. Eyni intervalla 3-cü dəfə profilaktik təkrarlanır.

Tarakan problemini xüsusi üsulla həll edən Sanitariya Epidemioloji Xidmətlər MMC komandası bu sahədə uzun illərin peşəkarlarıdır.

Şirkətimizin digər xidmətləri ilə də tanış olmaq üçün Sanitariya.az səhifəsinə keçid edə bilərsiniz.

Seçilən
4
axar.az

1Mənbələr