Türkiyə mediası növbəti dəfə «Neftçi»ni gündəmə gətirib. Qardaş ölkə mətbuatı bu gün yeni iddia ortaya atıb. Yerli həmkarlarımız
Fatih Terimin "Neftçi"ni çalışdıra biləcəyini yazıb.
"Akşam" nəşri təcrübəli mütəxəssisin mövsümün sonunda Bakı klubunun sükanı arxasına keçəcəyini bildirib.
Hətta tərəflərin mövsümün sonunda rəsmi şəkildə müqavilə imzalayacağı bildirilib.
"Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli Sportinfo.az-a açıqlamasında bir cümlə ilə bu xəbəri təkzib edib: "Qəti şəkildə bildirirəm ki, yayılan informasiyaların heç bir əsası yoxdur".
Fatih Terim son olaraq Yunanıstanda "Panatinaikos"a başçılıq edib.
“İmperator”un Adrian Mutu istefaya göndərildiyi zaman “Neftçi”yə gələcəyi barədə də xəbərlər yayılmışdı. Lakin həmin vaxt bu keçid baş tutmamışdı. Bakılı rəsmilər rumıniyalıya üstünlük vermiş, 2 illik müqavilə bağlamışdı. Di gəl, bu izdivac 5 aydan o yana çəkmədi. Mutu 2023-cü ilin dekabrında vəzifəsi ilə vidalaşdı.
«Ağ-qaralar» ondan bəri 3 baş məşqçi dəyişib. Mutudan sonra görəvə gələn Miodraq Bojoviç bu ilin mayında postunu tərk etdi. Komandanı avrokuboklara daşıya bilməyən monteneqrolunu ukraynalı həmkarı əvəzlədi. Fəqət, Roman Qriqorçuk da cəmi 4 ay duruş gətirdi. İyunda sükan arxasına əyləşən sabiq «Qəbələ»li oktyabrın ilk yarısında 2 illik kontraktını pozmalı oldu. Premyer Liqanın ilk dövrəsində qələbə qazana bilməməsi səbəbindən. Hazırda isə kollektiv Samir Abasovun sərəncamındadır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta