Azərbaycanda avtobilə basqın edib külli miqdarda pul aparıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə jurnalist Hafiz Heydərov məlumat paylaşıb.
Onun sözlərinə görə, basqınçılar artıq tutulub:
“Bir daha Azərbaycan Polisinin əməliyyat aparatının çevik, operativ və mütəşəkkil olmasının şahidi olduq. Naməlum şəxslər yolda avtomobili dayandırıb, sürücünü aldadıb zor tətbiq etməklə 150 min manata yaxın nağd pulu quldurluqla talayıblar. Polis o naməlum şəxsləri ifşa etməyə müvəffəq olub. Məlumatı dəqiqləşdirməyə çalışıram, yazacağam...”