AZ

TƏBİB bir daha vətəndaşları qrip əlehinə vaksin olmağa çağırıb

Ölkə əhalisinin böyük hissəsi qripə qarşı vaksin olub. Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.


"Bununla bağlı kifayət qədər normal müraciət var. Əhalinin böyük hissəsi vaksin olunub. Qripə qarşı vaksin olunması kəskin resperatur xəstəliklərə yoluxma ehtimalını daha da azaldır. Xəstəliyə yoluxma halları baş verərsə belə xəstəliyin keçirilməsi daha yüngül şəkildə olur",- Qurbanov biıdirib.

TƏBİB-in icraçı direktoru bir daha vətəndaşları qripə qarşı vaksin olmağa çağırıb.
 
Sentyabrın 10-dan etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və "soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Gülnar Nazimqızı

www.anews.az
Seçilən
11
anews.az

1Mənbələr