AZ

İş adamı villasında ölü tapıldı – FOTO

Məhşur iş adamı villasında ölü tapılıb.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, iş adamı İbrahim Umur Akalın Bebekdəki malikanəsində ölü tapıldığı öyrənilib. Onun cansız bədənini görən qulluqçusu dərhal polisə xəbər verib. Akalın bir müddətdir səhhətində müxtəlif problemlər olduğu və müalicə aldığı bildirilib.

İstanbul Respublika Baş Prokurorluğunun Akalın ölümü ilə bağlı şübhəli ölüm istintaqı başlatdığı öyrənilib. İş adamının meyiti ətraflı müayinə olunmaq üçün Məhkəmə Tibb İnstitutuna aparılıb.

Akalın ölümünün dəqiq səbəbinin Ədli Tibb ekspertizalarından sonra müəyyən ediləcəyi bildirilib.

"Cebheinfo.az"

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr