AZ

KTM-nin terapevtik xidmət göstərən şöbələri Bilgəh Modul Xəstəxanasına köçürülüb

“Kliniki Tibbi Mərkəzin yalnız terapevtik xidmət göstərən şöbələri Bilgəh Modul Xəstəxanasına köçürülüb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, Respublika Klinik Xəstəxananın həmin korpusu artıq təmirə bağlanıb və məqsəd qısa müddətdə gələn ilin ortalarına qədər təmir işlərinin yekunlaşmasıdır.

“İlin sonuna qədər həmin şöbələr tam olaraq fəaliyyətə başlayacaq. Amma məcburi şəkildə həmin şöbələrin fəaliyyətini təmin etmək üçün Bilgəh Modul Xəstəxanasına köçürülüb. Ehtiyyac olunan bütün müayinələr həmin xəstəxanada həyata keçirilir”.

Mina Mikayılova

Seçilən
20
bakivaxti.az

1Mənbələr