AZ

Qrip vaksinasiyası ilə bağlı TƏBİB rəhbərindən əhaliyə ÇAĞIRIŞ

Oktyabr ayından bu tərəfə əhalinin böyük hissəsi qripə qarşı vaksinasiya olunub.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov deyib.

O, kifayət qədər vaksin ehtiyatının olduğunu bildirib:

"Vaksin olunmayan şəxslərə onu bildirmək istəyirəm ki, qripə qarşı vaksin olunması kəskin respirator xəstəliklərə yoluxma ehtimalını daha da azaldır. Xəstəliklərə yoluxma halı baş verərsə belə, onda xəstəlik daha yüngül keçir. Tövsiyə edirəm ki, qripə qarşı vaksin olunmayanlar da vaksin olunsunlar".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr