AZ

Cəmiyyətin acı həqiqəti

XIX – XX əsrin, Qərblə Şərqin qovşağında qədim bir neft şəhəri vardı. Bu şəhərdə də Zeynal adlı varlı-karlı bir kişi yaşayırdı. O vaxtlar hələ alverçi sözü dəbdə deyildi və alıb-verənlərə tacir deyilirdi. Zeynalın atası adi bir bənna idi, övladlarına təhsil verməmişdi, amma şəhər kənarında 30-40 sot torpaq vermişdi. Zeynal evin böyüyü idi, özündən kiçik 3 qardaşı vardı. Şəhərdə neft bumu başlayanda, neftli torpaqlar bahalaşanda, atasının torpağını qızıl qiymətinə satmışdı, hər qardaşına bir ev almışdı. Pulun yarısını da əlində maya saxlamışdı...

Zeynalın şəhərdə 20-30 ərzaq maqazası vardı, getdikcə artırdı. Onun bir adəti vardı, şəhərdə yaxşı yerdə ərzaq mağazası olan həmkarlarına yaxınlaşırdı, dəyərindən 2-3 dəfə az pul təklif edirdi. Sahibi təbii ki, xeyirlə işləyən mağazanı satmaq istəmirdi, Zeynal da təkid etmirdi. Mağazanın yaxınlığında kasıb bir evi kirayə edirdi, burda müvəqqəti alver təşkil edirdi. Ərzağı qonşu mağazadan 2-3 dəfə ucuz verirdi. 1-2 ayın içində qonşu tamam müflis olurdu və mağazanı Zeynala su qiymətinə verirdi. Təbii ki, razılaşmayan həmkarları də meydana çıxırdı, amma onların yolu şəhər xəstəxanasına kimi gedib çıxırdı. Axı, Zeynalın 3 qardaşı vardı...

Zeynal “pul bir yerdə durmamalıdır, işləməlidir” deyirdi, əlində yığılan pulu sələmlə verirdi. Sələmi rəsmiləşdirmişdi, şəhərin yaxşı yerində bir ev almış, yerində bank açmışdı. Pulu 15-20 faiz sələmlə verirdi. Təbii ki, şəhərdə pulu aşağı faizlə vermək istəyənlər də vardı. Amma onların ya bankı bağlanırdı, ya da yolları şəhər xəstəxanasına kimi gedib çıxırdı. Zeynal rəqabəti sevən deyildi, sələmlə pul verməyi “zəli ilə müalicə etmək” hesab edirdi. “Pul isə bir yerdə durmamalıdır, işləməlidir, pul gətirməlidir” deyirdi... “Burda nə günah var ki, savab işdir”...

Zeynal yalnız inhisarçı və sələmçi deyildi, həm də xeyriyyəçi idi. Şəhərin kənarında bir neçə böyük həyət almışdı. Birində pulsuz xəstəxana, o birində yeməkxana, üçüncüsündə isə qış karvansarası açdırmışdı. Yaz-yay aylarında karvansara da yeməkxana kimi işləyirdi. Yaşından və millətindən asılı olmayaraq, imkansızlar, evsizlər, yiyəsizlər bu müəssisələrin xidmətindən il boyu faydalana bilirdi. Şəhərin imkanlı adamları da bu müəssisələsrə ianə verir, kömək edirdi. Kömək etmək istəməyənlər Əsədin xəstəxanasında pulsuz müalicə ala bilərdilər. Xeyriyyəçiliyinə görə şəhərin rəhbərliyi də, kasıb əhalisi də Əsədin başına and içirdi. Onu hətta rəsmi olaraq, bütün vergilərdən də azad etmişdilər. Təzəlikcə Həcc ziyarətinə gedib-gəlmişdi. Şəhər camaatı ona hörmətlə “Hacı” deyirdi, “ağsaqqal” hesab edirdi...

Hacı isə artıq deptat olmaq istəyirdi...

Qalib ARİF

visiontv.az



Seçilən
2
1
visiontv.az

2Mənbələr