AZ

Qoşqar Salmanlı: “Media Savadlılığı” Həftəsi elan olunmasını alqışlayıram”

 

“Medianın İnkişafı Agentliyi tərəfindən “Media Savadlılığı” Həftəsi elan olununmasını alqışlayıram”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış jurnalist Qoşqar Salmanlı deyib.

Mediamızın savadlılığının artırmasına ciddi şəkildə ehtiyac olduğunu vurğulayan jurnalist cəmiyyətin də bu işdə üzərinə məsuliyyət düşdüyünü bildirib:

“Mediamızın savadlılığının artırmasına ciddi şəkildə ehtiyac var. Yeni “Media haqqında” Qanunda da media savadlılığı təsbit edilib. Buna nə dərəcədə riayət olunması, sözsüz ki, başqa bir mövzudur. Hesab edirəm ki, mediada çalışan jurnalist öz savadlılığını artırmaq üçün mütaliə etməlidir. İndiki halda, biz media deyəndə təkcə qəzet, saytlarda çalışanları deyil, artıq bir media subyektinə çevrilmiş olan bloqerlər, influenserlər, “YouTube”erləri də nəzərə almalıyıq”.

“Amma bu gün bloqerlər, influenserlər və “YouTube”erlərin savadlılıq dərəcəsi hansı vəziyyətdədir, bu, sual doğurur. Bütün bunları nəzərə alaraq, Medianın İnkişafı Agentliyi tərəfindən “Media Savadlılığı” Həftəsi elan olununmasını alqışlayıram. Bu gün məsuliyyətsiz, yoxlanılmamış, dəqiqləşdirilməmiş informasiyalar çoxdur. Belə informasiyalar isə cəmiyyət arasında çaşqınlığa səbəb olur. Hesab edirəm ki, media savadlılığının artırılması üçün hələ çox işlər görülməlidir. Cəmiyyət özü dəqiqləşdirilməmiş informasiyaları ilə yükləyən sayt, qəzet və yaxud bloqerlər, influenserlər, “YouTube”erlər haqqında ciddi ölçü götürülməlidir”, – deyə o fikirlərini tamamlayıb.

Cəvahir

Seçilən
14
2
yenicag.az

3Mənbələr