Hər kəsin "Terminator" kimi tanıdığı əfsanəvi Amerika aktyoru Arnold Şvartsenegger çəkilişlərə qayıdıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə “Çantalı adam” Netflix serialında "Şaxta baba" rolunu sınayıb.
Kaliforniyanın 38-ci qubernatorunun özü şəxsi "Instagram" səhifəsində emosiyalarını paylaşıb.
"Şaxta baba şəhərə gəlir! Alan Riçsonla fantastik çəkilişlər. Nyu-York işləmək üçün əla yerdir və mən bu bayram şənliyini hər kəslə bölüşmək üçün səbirsizlənirəm", - deyə aktyor şərhində yazıb.
Maraqlıdır ki, rol üçün 77 yaşlı aktyor imicini dəyişməli olub. Belə ki, o, saç və saqqalı uzadıb, ağ rəngə boyayıb.