AZ

Şvartsenegger bu dəfə "Şaxta baba" oldu (FOTOLAR)

Hər kəsin "Terminator" kimi tanıdığı əfsanəvi Amerika aktyoru Arnold Şvartsenegger çəkilişlərə qayıdıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə “Çantalı adam” Netflix serialında "Şaxta baba" rolunu sınayıb.

Kaliforniyanın 38-ci qubernatorunun özü şəxsi "Instagram" səhifəsində emosiyalarını paylaşıb.

"Şaxta baba şəhərə gəlir! Alan Riçsonla fantastik çəkilişlər. Nyu-York işləmək üçün əla yerdir və mən bu bayram şənliyini hər kəslə bölüşmək üçün səbirsizlənirəm", - deyə aktyor şərhində yazıb.

Maraqlıdır ki, rol üçün 77 yaşlı aktyor imicini dəyişməli olub.  Belə  ki, o, saç və saqqalı uzadıb, ağ rəngə boyayıb. 

Seçilən
12
unikal.az

1Mənbələr