AZ

Ukrayna Müdafiə Nazirliyi CRAB-LS yerüstü robotunun istismarına icazə verib

Ukrayna Müdafiə Nazirliyi yerli olaraq istehsal edilən CRAB-LS yerüstü robotunun istismarına icazə verib.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Ukraynalı mühəndislərin hazırladığı CRAB-LS yerüstü robotu logistika və evakuasiya əməliyyatlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. Robot sursat və avadanlıqların daşınmasında, o cümlədən yaralıların təxliyə edilməsində istifadə olunur. Elektrik mühhəriki ilə təchiz edilən CRAB-LS bu sayədə səssiz fəaliyyət göstərir.

CRAB-LS robotunun logistika və evakuasiya əməliyyatları ilə yanaşı, döyüş missiyalarını da yerinə yetirməsi mümkündür. Bu halda robot döyüş modulları ilə təchiz oluna və ya kamikadze dron kimi çıxış edə bilər.

Bildirilib ki, hazırda Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunan CRAB-LS robotu artıq cəbhə xəttində onlarla əsgərin həyatını xilas edib.

Seçilən
5
poliqon.az

1Mənbələr