AZ

Milli Məclis İsveçrə Parlamenti Milli Şurasının təklifinə münasibət bildirib

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisi İsveçrə Parlamenti MilliŞurasının təklifinə münasibət bildirib.

Trend MilliMəclisin bəyanatını təqdim edir:

"Azərbaycan Respublikasının Milli Məclisi bu il dekabrın 17-dəİsveçrə Parlamentinin aşağı palatası olan Milli Şuranın iclasındamövcud olmayan “Dağlıq Qarabağ münaqişəsi”nə dair beynəlxalq sülhforumunun təşkili ilə bağlı müzakirələr aparılmasından vəAzərbaycanın bu bölgəsindən könüllü köçmüş erməni milliyətlisakinlərin geri qaytarılmasına kömək göstərilməsi məqsədi ilə ölkəhökumətini belə bir konfrans keçirməyə çağırmaq təklifinin qəbuledilməsindən təəssüfləndiyini bildirir.

İsveçrə Milli Şurasının ermənipərəst üzvləri bilməmişdeyildirlər ki, Qarabağın Azərbaycan Respublikasının ayrılmaztərkib hissəsi olması beynəlxalq hüquqla tanınmış və BirləşmişMillətlər Təşkilatı Təhlükəsizlik Şurasının bir sıra qətnamələri vədigər beynəlxalq qurumların sənədləri ilə təsbit olunmuşdur.2020-ci ilin payızında 44 günlük Vətən müharibəsinin yekunu olaraqölkəmizin bu ərazisinin Ermənistan tərəfindən 30 illik işğalınabirdəfəlik son qoyulmuş, ötən ilin sentyabrında bir günlükantiterror əməliyyatı nəticəsində isə ərazidə Azərbaycanın dövlətsuverenliyi bərpa olunmuşdur. Azərbaycana ölçüyəgəlməz dərəcədəböyük ziyan vuran silahlı təcavüz artıq geridə qalmışdır.Qəddarcasına etnik təmizləmə yolu ilə doğma torpaqlarından qovulmuşazərbaycanlı məcburi köçkünlərin geri dönməsinə şərait yaranmışdır.İşğal dövründə vəhşicəsinə viran qoyulmuş torpaqların bərpası vəreinteqrasiyası üçün hazırda Azərbaycan dövləti tərəfindən intensivişlər həyata keçirilir.

Bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikasıarasında münasibətlərin normallaşdırılması üçün ikitərəflidanışıqlar aparılır və artıq müəyyən nəticələr də vardır. Aydınməsələdir ki, hər hansı beynəlxalq təşəbbüs və hərəkətlər obyektivolmalı, regionda mövcud reallıqlara, habelə suverenliyi və ərazibütövlüyünü nəzərdə tutan hüquqi çərçivələrə uyğun gəlməlidir.Tərəflərin iradəsini saya salmayan və onlarla razılaşdırılmayantəşəbbüs və hərəkətlər normallaşma prosesini poza bilər.

Təəssüf doğuran məqamlardan biri də budur ki, erməni milliyətlisakinlərin Qarabağı könüllü surətdə tərk etməsi barədə absurdfikirlər səsləndirən, Azərbaycanı etnik təmizləmədə, mədəni irsindağıdılmasında ittiham edən İsveçrə Milli Şurasının ermənipərəstüzvləri XX əsrin 80-ci illərinin sonlarında, ErmənistanınAzərbaycan Respublikasına qarşı silahlı təcavüzü ərəfəsində, eləcədə daha əvvəlki dövrdə bu ölkədəki ata-baba yurdlarından zorlaqovulmuş və ya deportasiya edilmiş yüz minlərcə azərbaycanlınınhüquqları barəsində susmağa üstünlük vermiş, 30 illik işğaldövründə Azərbaycanın şəhər və kəndlərinin yerlə yeksan edilməsinə,milli, mədəni və tarixi mirasının dağıdılmasına, 750 minazərbaycanlının öz vətənində didərgin salınmasına münasibətbildirməmişlər. Əksinə, erməni maraqlarının müdafiəsi naminə onlarİsveçrənin neytrallıq statusuna etinasızlıq göstərməyi, İsveçrədövlətinin Azərbaycan barəsində siyasətini başqa istiqamətəyönəltməyə cəhd etməyi belə özlərinə rəva görürlər. İkilistandartların ifadəsi olan bu cür qərəzli mövqe tamamiləyolverilməzdir.

Azərbaycan Respublikasının Milli Məclisi bunu da vurğulamağızəruri sayır ki, İsveçrə Milli Şurasının 80 nəfər üzvünün təqdimedilmiş təklifin əleyhinə səs verməsi, 16 nəfərin isə bitərəfqalması, təklifin 96 səslə qəbul edilməsi Milli Şurada CənubiQafqaz bölgəsində cərəyan edən prosesləri obyektiv qiymətləndirən,Azərbaycana ədalətli münasibət bəsləyən sağlam düşüncəlideputatların da olduğunu göstərir. Təəssüf ki, çox vaxt onlarınsəsi eşidilmir.

Azərbaycan parlamenti İsveçrə hökumətinin məsələ ilə bağlıobyektiv mövqeyini qiymətləndirir. Hesab edirik ki, bu ölkəninxarici işlər naziri İqnasio Kassisin hökumət adından deputatlarasözügedən təklifi rədd etməyi tövsiyə etməsi İsveçrə dövlətininərazi bütövlüyü və suverenlik prinsiplərinə sadiq olduğunu, özününneytrallıq statusu ilə beynəlxalq hüquqa sadiqliyi arasındatarazlığı gözlədiyini nümayiş etdirir.

İsveçrə Milli Şurası tərəfindən qəbul edilmiş təklifin KantonlarŞurasının müzakirəsinə də çıxarılacağını nəzərə alaraq, MilliMəclis Parlamentin yuxarı palatasının üzvlərini məsələyə birtərəfliyanaşmadan çəkinməyə və Azərbaycan ilə İsveçrə arasındamünasibətlərə zərbə vura biləcək təklifi rədd etməyə çağırır.

Azərbaycan Respublikasının Milli Məclisi beynəlxalq birliyinbütün üzvlərini Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlikyaradılması səylərinə mane ola biləcək təşəbbüs və hərəkətlərə yolverməməyə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinəhörmət bəsləməyə səsləyir".

Məqalədə:
Seçilən
8
36
az.trend.az

10Mənbələr