AZ

Rəsmi Moskva: Bakı ilə İrəvan arasında humanitar məsələlər üzrə dialoqa yardım etməyə hazırıq

Moskva Bakı ilə İrəvan arasında humanitar məsələlər üzrə dialoqa yardım etməyə hazırdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Azərbaycan Prezidentinin Ermənistana Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə danışıqlara başlamaq çağırışı ilə bağlı sualını cavablandırarkən deyib.

Zaxarova qeyd edib ki, ən yüksək səviyyədə üçtərəfli sazişlərin elementlərindən biri humanitar blokun müzakirəsidir: "Buraya qaçqınların hüquqlarına hörmət, mədəni və dini irs abidələrinin qorunması, itkin düşmüş şəxslərin axtarışı və hərbi əsirlərin mübadiləsi kimi məsələlər daxildir.

Biz Bakı ilə İrəvan arasında həm rəsmi, həm də ictimai xətt üzrə humanitar məsələlərin bütün spektri üzrə dialoqun bərpasının vacibliyini dəfələrlə qeyd etmişik. Tərəflər bizim imkanlarımızdan istifadə etmək istəsələr, biz də öz tərəfimizdən kömək etməyə hazırıq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Seçilən
9
5
sherg.az

6Mənbələr