AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Fransanın “Le Parisien” qəzetinə münsahibəsində“Krımı və ya Donbassı heç olmasa müvəqqəti vermək”güzəşti barədə sualın cavabında belə deyib.
“Biz öz ərazilərimizdən imtina edə bilmərik. Ukrayna Konstitusiyası bizə bunu qadağan edir. De-fakto bu ərazilər indi rusların nəzarətindədir. Onları geri qaytarmağa gücümüz çatmır. Biz ancaq Putini danışıqlar masasına oturtmaq üçün beynəlxalq ictimaiyyətin diplomatik təzyiqinə arxalana bilərik”,- Zelenski bildirib.
Vladimir Putinlə eyni danışıqlar masasına oturmağa hazır olub-olmaması məsələsinə də aydınlıq gətirən Ukrayna prezidenti qeyd edib ki, önəmli məsələ qarşında kimin oturduğu yox, danışıqlar apararkən sənin hansı vəziyyətdə buna getməyindir.
-Düşümürəm ki,biz zəif mövqedəyik, amma güclü mövqedə də deyilik. NATO-da olacağıq? Biz bilmirik. Biz Avropa İttifaqının bir hissəsi olacağıqmı? Bəli, gələcəkdə, amma nə vaxt?
Belə bir şəraitdə Putinlə danışıqlar masası arxasına oturmaq dünyanın bizə aid hissəsində ona hər şeyi həll etmək hüququnun verilməsi demək olardı. Əvvəlcə bir model, fəaliyyət planı və ya sülh planı hazırlamalıyıq - onu necə istəyirsiniz adlandırın. Onda bunu Putinə və ya daha geniş mənada desək ruslara təqdim edə bilərik”,- Volodimir Zelenski vurğulayıb.
O, heç bir dünya liderinin Ukraynasız Putinlə danışıqlar aparmağa haqqı çatmadığını bildirib. Çünki bu müharibədə qurban olan Ukrayna heç kimə belə mandat həvalə etməyib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta