Aktual.az xəbər verir ki, tərəflər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə danışıqlara başlanılıb.
Müzakirələrdən sonra parlament sədrləri mətbuata açıqlamalar verəcəklər.
Səfər çərçivəsində bundan əvvəl Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.